Aİ Azərbaycanda biznesi dəstəkləyir - Peter Mixalko

Aİ Azərbaycanda biznesi dəstəkləyir - Peter Mixalko

Avropa İttifaqı (Aİ) Azərbaycanda biznesi dəstəkləyir.

TurkicWorld-un məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Avropa gənclər gününə həsr olunmuş mətbuat konfransında deyib.

"Təkcə 2020-ci ildə biz ümumi dəyəri 65 milyon avro dəyərində 43 layihə icra etmişik. 2020-ci ildə biz Azərbaycanda 17 min sahibkarlıq subyektinə dəstək göstərmişik", - deyə o bildirib.

Onun sözlərinə görə, Aİ bu istiqamətdə gənclərə xüsusi diqqət yetirir.

"Biz Azərbaycanın gənc sahibkarlarına dəstəyi davam etdirəcəyik", - səfir deyib.