BAKI, TurkicWorld
Azərbaycan Xarici İşlər Nazirliyi regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiyanın dərin narahatlıq doğurduğunu bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Nazirlik bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırıb.
Bəyanatda qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyi vurğulanır.







