Son dəqiqə

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan

Azərbaycan XİN Pakistana başsağlığı verdi

BAKI,TurkicWorld

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda məsciddə baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

"İslamabadda məsciddə törədilən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan faciəvi terror aktı ilə əlaqədar Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.

İbadət edənlərin müqəddəs məkanda hədəf alındığı bu iyrənc zorakılıq və terror aktını qətiyyətlə pisləyirik.

Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir, yaralananlara isə tezliklə şəfa diləyirik", -paylaşımda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Pakistanla həmrəydir və sülhün, sabitliyin, eləcə də terrorizmin bütün formalarına qarşı mübarizəyə qəti dəstəyini bir daha bəyan edir.

Mövzuya görə xəbərlər