Son dəqiqə

Bakıda Youth Cyber Forum keçirildi Süni intellekt dövründə kibertəhlükəsizlik müzakirə olundu Gənclər üçün rəqəmsal təhlükəsizlik forumu təşkil edildi Kibertəhdidlər və müdafiə strategiyaları diqqət mərkəzində Rəqəmsal karyera imkanları forumda təqdim edildi Proaktiv kibermühafizə yanaşmaları müzakirə edildi

Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 25-də “Youth Cyber Forum” keçirilib.

TurkicWorld xəbər verir ki, forum çərçivəsində “Süni intellekt dövründə kibertəhlükəsizlik: Rəqəmsal karyeranın inkişafı və kibermühafizə tədbirləri” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələr süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda kibertəhlükəsizlik sahəsində yaranan yeni çağırışlar, risklər və imkanlara həsr edilib.

Panelin moderatoru Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının kibertəhlükəsizlik eksperti Nərgiz Əliyeva olub. Spiker qismində isə Assosiasiyanın ekspertləri Lalə Kərimova, Lamiya Nəcəfova, Yusif Süleymanlı və Məmməd Məmmədov çıxış ediblər.

Müzakirələr zamanı süni intellekt əsaslı kibertəhdidlərin artan dinamikası, süni intellekt alətlərindən müdafiə mexanizmi kimi istifadə imkanları, rəqəmsal karyera perspektivləri və tələb olunan bacarıqlar, gənclərin kibertəhlükəsizlik ekosistemində rolu, eləcə də proaktiv kibermühafizə yanaşmalarının əhəmiyyəti xüsusi vurğulanıb.

Spikerlər real praktiki nümunələr əsasında hücum ssenariləri və müdafiə strategiyalarını izah edərək iştirakçıların suallarını cavablandırıblar. Tədbirin sonunda interaktiv müzakirə aparılıb və kibertəhlükəsizlik sahəsində gələcək təşəbbüslər barədə məlumat verilib.