Son dəqiqə

Azərbaycan Zakir Həsənov Azərbaycan-Türkiyə əlaqələri Ankara Müdafiə Nazirliyi Yaşar Gülər

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verdi

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, başsağlığında deyilir: "Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Mövzuya görə xəbərlər