Son dəqiqə

Böyük Britaniya

İlk dəfə iki Azərbaycan vətəndaşı Britaniyanın fəxri mükafatı ilə təltif olunub

Bakı. TurkicWorld:

Bəxtiyar Aslanbəyli Böyük Britaniya–Azərbaycan münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə bu fəxri mükafata layiq görülüb.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfirliyindən TurkicWorld-ə verilən məlumata görə, o, bp şirkətində tərəfdaşlıqlar quraraq Azərbaycanda müsbət iqtisadi, sosial və mədəni təsirin yaranmasına töhfə verib.

Bildirilib ki, Nərgiz Hacıyeva təhsil sahəsində, eləcə də Böyük Britaniya–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə fəxri mükafatla təltif olunub.

Onun Britaniya Şurasındakı fəaliyyəti hər iki ölkə üçün nəsillər boyu fayda verəcək təhsil və mübadilə imkanlarının yaradılmasına mühüm töhfə verib.

Mövzuya görə xəbərlər