İsrail səfiri şəhid ailələrinə başsağlığı verib

İsrail səfiri şəhid ailələrinə başsağlığı verib

Bakı. TurkicWorld:

İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatının qarşısının alınması zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrail səfirliyinin "Twitter" səhifəsində deyilir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində toqquşma baş verib.