Azərbaycan İsrail Xarici İşlər Nazirliyi Ceyhun Bayramov İsrail XİN Gideon Saar

İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır – Gideon Saar

BAKI,TurkicWorld

İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır və eyni zamanda öz bilik və təcrübəsini bölüşməyə hazırdır.

TurkicWorld xəbər verir ki, bunu İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar bu gün Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İsrail Azərbaycanla iqtisadi münasibətləri yeni səviyyəyə çıxarmaq niyyətindədir.

"Bu səbəbdən mən Bakıya su təchizatı, kibertəhlükəsizlik, səhiyyə, ərzaq, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən İsrailin iqtisadi təşkilat və şirkətlərini təmsil edən 40-dan çox nümayəndədən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə gəlmişəm", – deyə Saar qeyd edib.

Mövzuya görə xəbərlər