BAKI, TurkicWorld
2025-ci ildə İsraildən Azərbaycana gələn turistlərin sayı 2024-cü illə müqayisədə 2 dəfə artıb.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün İsrail Dövlətinin xarici işlər naziri Gideon Moşe Saarla birgə keçirdiyi mətbuat konfrasında deyib.
Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında hazırda 20 təyyarə reysi mövcuddur.
"Danışıqların nəticələrindən asılı olaraq həmin sayın artırılması gözlənilir", - deyə nazir qeyd edib.






