BAKI,TurkicWorld
2025-ci ildə İsraildən Azərbaycana təxminən 60 min turist səfər edib.
TurkicWorld xəbər verir ki, bunu İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar bu gün Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.
O, 2026-cı ildə bu göstəricinin artmağa davam edəcəyinə əminliyini ifadə edib.
İsrailin xarici işlər naziri, həmçinin Azərbaycanda özünü rahat hiss edən və Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan böyük yəhudi icmasının yaşadığını xatırladıb.
"Azərbaycan və İsrail uzun illərdir ki, xüsusilə iqtisadi sahədə əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirir. Bu isə ikitərəfli əlaqələrin möhkəmlənməsinə və turizm axınının artmasına töhfə verir", – deyə G. Saar qeyd edib.






