Ermənistan məğlubiyyəti həzm edə bilmədiyi üçün üç tərəfli bəyannamənin şərtlərini pozur - Türkiyəli tanınmış hərbi ekspert (ÖZƏL)

Ermənistan məğlubiyyəti həzm edə bilmədiyi üçün üç tərəfli bəyannamənin şərtlərini pozur - Türkiyəli tanınmış hərbi ekspert (ÖZƏL)

Bakı. TurkicWorld:

Ermənistan ikinci Qarabağ müharibəsindəki məğlubiyyətini həzm edə bilmədiyi üçün, üç tərəfli bəyannamənin şərtlərini pozur. Bunu TurkicWorld-ə müsahibəsində Türkiyənin tanınmış hərbi eksperti Abdullah Ağar bildirib.

“Ermənistan üç tərəfli bəyannamənin şərtlərini pozaraq, yalnız Qarabağdan deyil, artıq Azərbaycanın digər bölgələrindən də haqq iddia etməyi hədəfləyir.” – deyə o qeyd edib.

Ağar vurğulayıb ki, Ermənistan tərəfi müttəfiqlərinə Azərbaycanla bağlı qərəzli şəkildə məlumatlar verərək mütəmadi olaraq onları Azərbaycana qarşı təhrik edir.

“Düşmən tərəfin son təxribatlarında belə Azərbaycan ordusu yenə təcavüzkar ölkəni aqressiv münasibətinə baxmayaraq, öz mövqelərini beynəlxalq hüquq normalarına uyğun olaraq qoruyub.” – deyə ekspert əlavə edib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.