Yalçın Topçu

Bütün dünya bir daha bilsin ki, Türkiyə milləti və dövləti Azərbaycanın yanındadır - Yalçın Topçu ( ÖZƏL)

Bakı. TurkicWorld

Bütün dünya bir daha bilsin ki, Türkiyə milləti və dövləti Azərbaycanın yanındadır, bunu TurkicWorld-a açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki , Ermənistan administrasiyası Azərbaycanla aparılan sülh danışıqlarına və əməkdaşlığa xələl gətirən addımlardan əl çəkməlidir.

“Türkiyə ilə əlaqələrimizin normallaşmasını istəyirik” deyən Ermənistan ilk növbədə, 'İki bədəndə bir can' olduğumuz Azərbaycan torpaqlarına və xalqına qarşı başlatdığı məkrli, məqsədyönlü və hücumçu təcavüzə dərhal son qoymalıdır”- deyə Y.Topçu bildirib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Mövzuya görə xəbərlər