Son dəqiqə

Azərbaycan Ermənistan İran Rusiya qaz ixracı

Rusiya qazı Azərbaycan vasitəsilə Ermənistana çatdırılacaq

BAKI,TurkicWorld

Ermənistanda Rusiyanın mayeləşdirilmiş təbii qazının Azərbaycandan keçməklə dəmir yolu vasitəsilə Ermənistana daşınması məsələsi müzakirə olunur.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan bildirib.

O qeyd edib ki, Ermənistan qazı iki əsas ölkədən – İran və Rusiyadan idxal edir.

"İranda mövcud şəraitlə əlaqədar bəzi problemlər yaranıb, Rusiya ilə bağlı çətinliklər isə Yuxarı Lars keçid məntəqəsilə əlaqədardır. Lakin bu problemlər yaxın zamanda həll ediləcək, çünki mayeləşdirilmiş qazın Ermənistana dəmir yolu ilə idxalına başlanacaq. Rusiya mayeləşdirilmiş qazı yaxın vaxtlarda Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdıracaq. Rusiyadan Ermənistana dəmir yolu ilə mayeləşdirilmiş qazın idxalı variantı da müzakirə olunur", – deyə o bildirib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər