Bakı. TurkicWorld:
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso sentyabrın 12-də Azərbaycana gələcək.
TurkicWorld-un məlumatına görə, səfər çərçivəsində bankın prezidenti Azərbaycanın dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçirəcək.
AYİB-nin daha əvvəl qeyd etdiyi kimi, enerji, “yaşıl” texnologiyalar, o cümlədən Gəncədə küçələrin işıqlandırılması layihəsi sahəsində müxtəlif müqavilələrin imzalanması gözlənilir.
Bankın Azərbaycandakı layihələrinin hazırkı kredit portfeli 844 milyon avro həcmində qiymətləndirilir.
AYİB Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir və ölkənin aparıcı investorudur. Ümumilikdə bank Azərbaycanda 181 layihənin həyata keçirilməsinə 3,6 milyard avro sərmayə qoyub.