Kəlbəcər və Zəngilanda məktəb tikiləcək - SƏRƏNCAM

Kəlbəcər və Zəngilanda məktəb tikiləcək - SƏRƏNCAM

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Kəlbəcər və Zəngilan şəhərlərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

TurkicWorld xəbər verir ki, sərəncama əsasən, Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla, Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb