Türkiyə və Azərbaycanın Ermənistanla danışıqlar dəstəklənməlidir - Mövlud Çavuşoğlu

Türkiyə və Azərbaycanın Ermənistanla danışıqlar dəstəklənməlidir - Mövlud Çavuşoğlu

Bakı. Trend:

Azərbaycanın Qarabağda qələbəsindən sonra Cənubi Qafqazda daimi sülh və sabitlik üçün mühüm fürsət yaranıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Katrin Kolonna ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib.

Azərbaycanın Qarabağda qələbəsindən sonra Cənubi Qafqazda daimi sülh və sabitlik üçün mühüm fürsətin yarandığını qeyd edən M.Çavuşoğlu Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan danışıqları kimi proseslərin dəstəklənməli olduğunu vurğulayıb.