Son dəqiqə

Azərbaycan Qazaxıstan Zakir Həsənov Bakı Müdafiə Nazirliyi

Zakir Həsənov Qazaxıstanın Azərbaycandakı yeni hərbi attaşesini qəbul edib

BAKI,TurkicWorld

Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin edilən hərbi attaşesi polkovnik Salauat Xayruşev yanvarın 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri qazaxıstanlı qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykəndiyini qeyd edən nazir hərbi attaşeyə ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək xidmətində uğurlar arzulayıb.

Polkovnik S.Xayruşev göstərilən etimada görə təşəkkürünü bildirib və fəaliyyəti dövründə hərbi əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib, yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər