Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramov vizasız gediş-gəliş rejimi

Hazırda ümumvətəndaş pasportları olan şəxslərin vizasız gediş-gəlişi üçün danışıqlar aparılır - Nazir

BAKI,TurkicWorld

Vətəndaşlarımızın rahat gediş-gəlişi üçün viza rejimin sadələşdirilməsi istiqamətində işlər davam etdirilir.

TurkicWorld xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, qarşılıqlı prinsip əsasında və bütün elementlər nəzərə alınmaqla bu ölkələrin siyahısında artım müşahidə edilir:

"Hazırda ümumvətəndaş pasportları olan şəxslərin vizadan azad olunması istiqamətində 5 ölkə ilə danışıqlar aparılır. Vətəndaşlarımız üçün gediş-gəlişin sadələşdirilməsi icazəsi təhlil edilir və qarşlıqlı prinsip əsasında bütüm elementlər nəzərə alınmaqla bu ölkələrin sayında artım müşahidə edilir. Almaniya, Serbiya, BƏƏ, Qətər, Mərakeş, Çİn ölkələrinə vətəndaşlarımız üçün vizasız gediş-gəliş tətbiq edilib. 2025-ci ildə diplomatik və xidməti pasport sahiblərinin visadan azd edilməsi üçün 10 saziş imzalamışıq".

Mövzuya görə xəbərlər