Son dəqiqə

Azərbaycan İran Seyid Abbas Araqçi

İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

İran xarici işlər naziri Abbas Araqçi Azərbaycana səfərə gəlib.

TurkicWorld-un məlumatına görə, bu barədə nazirin rəsmi "Telegram" səhifəsində paylaşım edilib.

Bildirilib ki, siyasi nümayəndə heyətinə rəhbərlik edən nazir Bakıda Azərbaycan Respublikasının rəsmiləri ilə görüş keçiriəcək və məsləhətləşmələr aparacaq.

xxx

19:08

İran xarici işlər naziri Abbas Araqçi Azərbaycana səfərə yola düşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə nazirin rəsmi "Telegram" səhifəsində paylaşım edilib.

Səfər çərçivəsində Abbas Araqçinin sabah Azərbaycanın rəsmi şəxsləri ilə görüşü nəzərdə tutulub.

Azərbaycan Respublikasının xarici işlər nazirinin dəvəti ilə həyata keçirilən səfər iki ölkənin Xarici İşlər nazirlikləri arasında müxtəlif səviyyələrdə davam edən müntəzəm məsləhətləşmələrin tərkib hissəsidir.

Mövzuya görə xəbərlər