Son dəqiqə

Naxçıvan Muxtar Respublikası Bəxtiyar Məmmədov Ceyhun Ramiz oğlu Cəlilov

Ali Məclis Ceyhun Cəlilovun Naxçıvan MR-in Baş naziri vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul edib

BAKI,TurkicWorld

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən TurkicWorld-ə verilən məlumata görə, iclasın gündəliyinə Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi məsələsi daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 12 noyabr tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunduğundan o, Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməlidir.

"Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Ceyhun Cəlilova Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunması münasibətilə təbriklərini çatdırıb, fəaliyyətində uğurlar arzulayıb.

Bununla da Ali Məclisin növbəti iclası başa çatıb.

Mövzuya görə xəbərlər