Son dəqiqə

Bakı Metropoliteni Bəxtiyar Məmmədov

Metrodakı problemlə bağlı araşdırma başladı: prokurorluğa müraciət oluna bilər

BAKI,TurkicWorld

Bakı metrosunda baş vermiş nasazlıqla bağlı aparılan xüsusi araşdırmanın nəticəsinə uyğun olaraq Baş Prokurorluğa müraciət oluna bilər.

Bunu TurkicWorld-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O vurğulayıb ki, araşdırmanın nəticəsinə uyğun olaraq, hər hansı məsul şəxs müəyyən edilərsə, barəsində müvafiq tədbir görülə bilər.

"Eyni zamanda ictimaiyyətə də açıqlama veriləcək",-deyə B.Məmmədov əlavə edib.

Mövzuya görə xəbərlər