Son dəqiqə

Füzuli İkinci Qarabağ Müharibəsi Zəfər Günü 44 günlük Vətən müharibəsi

Füzulidə Zəfər Gününə həsr olunan atəşfəşanlıq keçirilib

BAKI,TurkicWorld

2023-cü ildə Böyük Qayıdışın ünvanlarından biri olan Füzuli şəhəri bu il Zəfər Gününü öz doğma sakinləri ilə birlikdə qeyd edib. Bir zamanlar işğal dövründə xarabalığa çevrilən şəhər indi yenidən dirçəlir və həyatın canlandığı məkana çevrilib. Artıq Füzuliyə qayıdan ailələr bu əlamətdar günü doğma torpaqlarında qeyd etmək imkanı qazanıblar.

TurkicWorld-un bölgə müxbirinin məlumatına görə, Füzuli şəhərində Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlər möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Gün ərzində şəhərdə "Zəfərin Mübarək, Azərbaycan" adlı konsert proqramı təşkil olunub, Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzində şagirdlərin əl işlərindən ibarət sərgi açılıb, "Zəfər Günü uşaqların gözü ilə" mövzusunda ustad dərsləri keçirilib. Tədbirlər çərçivəsində "Zəfər Salnaməsi" adlı film də nümayiş etdirilib.

Mövzuya görə xəbərlər