Avropa Komissiyasının Prezidenti Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət edib

Avropa Komissiyasının Prezidenti Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət edib

Bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır. Məsələn, buraya metan qazının tullantıları da daxildir.

TurkicWorld xəbər verir ki, bu fikirləri iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata açıqlamasında ifadə edib.

Xanım Fon der Lyayen, həmçinin bildirib: “Bizim Memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəlik nəzərdə tutur. Cənab Prezident, bunu Sizinlə də müzakirə etdik – mən Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət edirəm. Bu günə qədər bu öhdəlik 119 ölkə tərəfindən dəstəklənib. Azərbaycan böyük tərəqqiyə nail olub, nümayiş və təqdim etməyə bir çox nailiyyəti var”.