Bakı. TurkicWorld:
Bölgənin sabitliyi üçün bütün tərəflər bundan sonra addım atmaqdan çəkinməlidir, İsrail və İran hücumu dayandırmalıdır.
TurkicWorld xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib.
"Biz bütün tərəflər üçün mümkün olan hər şeyi etməliyik ki, regionda eskalasiyaya yol verilməsin", - deyə o əlavə edib.
Qeyd edək ki, səhər saatlarında İsrail İran ərazisinə raket zərbələri endirib.
Aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.