Son dəqiqə

Azərbaycan Ermənistan Rusiya Bakı Moskva İrəvan

Rusiya buğdasının Azərbaycan ərazisindən keçməklə Ermənistana idxalı tarixi hadisədir - Ruben Rubinyan

BAKI,TurkicWorld

Rusiya buğdasının Azərbaycan ərazisindən keçməklə Gürcüstana, oradan isə Ermənistana idxalı tarixi hadisədir.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim "Vətəndaş müqaviləsi" partiyasının idarə heyətinin üzvü Ruben Rubinyan brifinqdə bildirib.

"Sülh - Rusiya buğdasının dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən Ermənistana idxal olmasıdır. Budur sülh. Bu, mübaliğəsiz, tarixi bir hadisədir. Sonuncu dəfə bu cür hal 1991–1992-ci illərdə baş vermişdi",- deyə Rubinyan qeyd edib.

Bundan əvvəl Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Rusiyadan Ermənistana yola düşən taxıl daşıyan qatarın Azərbaycan ərazisindən keçərək Gürcüstan istiqamətində hərəkət etdiyini bildirmişdi.

Mövzuya görə xəbərlər