Son dəqiqə

Azərbaycan Gürcüstan ADY

Bakı-Tbilisi qatarı yolda qaldı

BAKI,TurkicWorld

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib

Problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

Mövzuya görə xəbərlər