Son dəqiqə

Ceyhun Bayramov Əlcəzair Azərbaycan XİN İbrahim Buğali Əlcəzair Xalq Milli Məclisi

Ceyhun Bayramov Əlcəzair Xalq Milli Məclisinin sədri ilə görüşüb

BAKI,TurkicWorld

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin Xalq Milli Məclisinin sədri İbrahim Buğali ilə görüşüb.

TurkicWorld xəbər verir ki, Ceyhun Bayramov bu barədə öz "X" hesabında paylaşım edib.

Görüş zamanı Azərbaycan və Əlcəzair arasında parlamentlərarası və parlament əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

Hər iki tərəf təcrübə mübadiləsinin, həmçinin siyasi, iqtisadi və humanitar sahələrdə birgə təşəbbüslərin təşviqinin əhəmiyyətini vurğulayıb.

Mövzuya görə xəbərlər