Son dəqiqə

Türkiyə ABŞ XİN Tanju Bilgiç Ned Prays

Türkiyənin XİN sözçüsü ABŞ Dövlət Departamentinin sözçüsunə cavab verib

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Radio və Televiziya Üst Şurasının (RTÜK) DW Türkçe və Amerikanın Səsi türk saytlarına giriş qadağasını tənqid edən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysa cavab verib. TurkicWorld-un məlumatına görə, bu barədə səfir öz Twitter hesabında paylaşım edib.

"Demokratiyaya giriş dərsi: İfadə azadlığı istər demokratiya üçün, istər də qanunun aliliyi üçün lazımdır. İfadə azadlığına icazə verən və hadisələri kakofoniyaya çevirməmək üçün qaydalar var. Türk mediası ABŞ-da yerli qaydalara əməl etdiyi kimi Amerikanın Səsi Türk və DW Türkcəsi də Türkiyənin qaydalarına hörmət etməlidir". – deyə Bilgiç, Praysın Twitter hesabındakı paylaşımına cavab olaraq bildirib.

Qeyd edək ki, iyun ayının sonunda RTÜK yayım lisenziyası olmadığı üçün DW Turkish və Amerikanın Səsiu Türk internet saytlarına qadağa qoyub.

Mövzuya görə xəbərlər