...

Prezident İlham Əliyev: Azərbaycanın digər təşəbbüsü BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır

Siyasət Digər xəbərlər 30 İyun 2022 12:44
TurkicWorld Daspina Hasanova
Prezident İlham Əliyev: Azərbaycanın digər təşəbbüsü BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır

Bizim digər təşəbbüsümüz BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır. Bu təşəbbüs Qoşulmama Hərəkatının bütün üzvləri tərəfindən dəstəklənib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib.

“Hesab edirəm ki, bunun da zamanı yetişib. Dəstək ofisinin yaradılması təşkilatımızın institusional inkişafı üçün növbəti addımdır. Bu, beynəlxalq arenada maraqlarımızı qorumaqda və ölkələrimiz arasında həmrəyliyi gücləndirməkdə mühüm rol oynayacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti