BMT və Azərbaycan su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq etməlidir - BMT rəsmisi

BMT və Azərbaycan su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq etməlidir - BMT rəsmisi

Zəngilan. TurkicWorld:

BMT və Azərbaycan su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq etməlidir.

TurkicWorld-un məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Zəngilanın Ağalı kəndində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

"Bu gün təmiz suya çıxış qlobal problemdir. BMT su ehtiyatlarının idarə olunması və dayanıqlı inkişaf sahəsində hədəflərə nail olmaqda Azərbaycana köməyini davam etdirəcək", - deyə V.Andreyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iqlim dəyişiklikləri və ölkəyə su ehtiyatlarının 70 faizinin digər ölkələrdən daxil olması ilə əlaqədar bu məsələ daha ciddi görünür.