İsrail Xin rəhbəri bu gün Türkiyəyə rəsmi səfər edəcək

İsrail Xin rəhbəri bu gün Türkiyəyə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

İsrailin Xarici İşlər Naziri Yair Lapid bu gün Türkiyəli həmkarı ilə görüş çərçivəsində Ankaraya rəsmi səfər edəcək. TurkicWorld-un məlumatına görə, bu son 16 ildə Xarici İşlər Nazirləri səviyyəsində İsrailli nazirin Türkiyəyə ilk səfəridir.

Görüş zamanı əsasən, ikili əlaqələr, səfirlərin qarşılıqlı təyinatı və enerji və təhlukəsizlik sahəsində əməkdaşlıqlar müzakirə ediləcək.

Xatırladaq ki, bu il mart ayının 9-u İsrail prezidenti İsak Herzoq 2007-ci ildən bu yana Türkiyəyə səfər edən ilk İsrailli presiden olub.