İstanbulda İsrail vətəndaşlarına qarşı sui-qəsdə cəhd edənlər edən şəxslər saxlanılıb

İstanbulda İsrail vətəndaşlarına qarşı sui-qəsdə cəhd edənlər edən şəxslər saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin İstanbul şəhərində İsrail vətəndaşlarına qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib. TurkicWorld-un məlumatına görə, əməliyyat çərçivəsində çox sayda şübhəli saxlanılıb və onların ünvanlarında polis tərəfindən axtarışlar aparılıb.

Qeyd edək ki, iyun ayının 14-də Türkiyə polisi İran vətəndaşlarının İsrailli turistlərə qarşı törədiləcək terror aktının qarşısını alıb. Bu səbəblə də İsrailin Xarici İşlər Naziri Yair Lapid Türkiyə hökümətinə İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün göstərdikləri səylərə görə təşəkkürlərini bildirib.

Xatırladaq ki, may ayının 22-də İran İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərindən olan polkovnik Həsən Sayad Hüdayidə qarşı ölkədə törədilən sui-qəsdə görə rəsmi İran İsraili günahlandırıb.