Son dəqiqə

Azərbaycan BMT Xarici İşlər Nazirliyi Ceyhun Bayramov BMT Baş Assambleyası Viza Anqola vizasız gediş-gəliş rejimi pasport viza ləğv edilməsi

Azərbaycan və Anqola diplomatik pasport sahibləri üçün vizanı qarşılıqlı ləğv etdi

Bakı. TurkicWorld

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Anqolanın xarici işlər naziri Tete Antoniu ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüşdə Azərbaycan–Anqola əlaqələrinin siyasi məsləhətləşmələr vasitəsilə inkişafı, ticarət, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan tərəfi Afrikanın bütün regionlarında tərəfdaşlıqların genişləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.

Görüşün sonunda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri üçün vizanın qarşılıqlı ləğvi haqqında Saziş” imzalayıblar.

Mövzuya görə xəbərlər