Son dəqiqə

Azərbaycan BMT Xarici İşlər Nazirliyi Ceyhun Bayramov BMT Baş Assambleyası Bəhreyn Viza vizasız gediş-gəliş rejimi

Azərbaycan və Bəhreyn arasında viza tələbi ləğv edilib

Bakı. TurkicWorld

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Dr. Əbdüllətif bin Rəşid Əz-Zayani ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüşdə Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekununda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığının Hökuməti arasında diplomatik pasport sahibləri üçün vizadan azadolma haqqında Saziş” imzalayıblar.

Mövzuya görə xəbərlər