Son dəqiqə

Azərbaycan Türkiyə Milli Məclis Ankara Şimali Kipr Türk Respublikası Cavanşir Feyziyev TBMM Anar Məmmədov

Milli Məclisin deputatları Ankarada “Üç dövlət, bir millət” adlı iclasda iştirak edəcəklər

Bakı.TurkicWorld

Sentyabrın 26-da və 27-də Ankarada Türkiyə Böyük Millət Məclisinin(TBMM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzlərinin birgə "Üç dövlət, bir millət" adlı ikinci iclası keçiriləcək.

Bu barədə TurkicWorld -ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlardan ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Eldar Quliyev və Anar Məmmədov iştirak edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin deputatlarının TBMM-də bir sıra görüşləri də nəzərdə tutulub.

Mövzuya görə xəbərlər