Son dəqiqə

Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı

Ukrayna vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı ötən ilə nəzərən artıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-may aylarında Ukrayna vətəndaşları Türkiyədə 885 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 527 obyekt daha çoxdur.

TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2022-ci ilin may ayında Ukrayna vətəndaşları Türkiyədə 241 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2021-ci ilin may ayı ilə müqayisədə 197 obyekt çoxdur.

2022-ci ilin may ayında Türkiyədə 122 min 768 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 107 faiz çoxdur. May ayında Türkiyədə əcnəbilərə 5 min 962 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Mövzuya görə xəbərlər