Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan münasibətlərini yeni bir mərhələyə çatdırdı - Şamil Ayrım

Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan münasibətlərini yeni bir mərhələyə çatdırdı - Şamil Ayrım

İstanbul. Nərmin Barış - TurkicWorld:

15 iyun 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyənnaməsi Azərbaycan-Türkiyə əməkdaşlığının mövcud səviyyəsini göstərməklə yanaşı, bundan sonrakı "yol xəritəsini" də ortaya qoyan mühüm tarixi sənəddir.

Bunu TurkicWorld-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ikitərəfli əlaqələri yeni bir mərhələyə çatdırmaqla yanaşı, regionda işğala icazə verilməyəcəyinin, regional əməkdaşlığın, türk dünyasının inteqrasiyasının dərinləşdiriləcəyinin təminatıdır.

"Şuşa Bəyannaməsi müxtəlif seqmentlerdə bir çox mesajlar verdi. İkili münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırıldığını görürük. Azərbaycan və Naxçıvan arasında Zəngəzur dəhlizinin açılması, Naxçıvan-Qars dəmir yolunun inşası gündəmdədir. Şuşa Bəyannaməsində həmçinin 1915-ci il hadisələrinə dair Ermənistana arxivlərin açılması ilə bağlı çağırış edilib və bu mövzuda saxta iddiaların regional sülhə və rifaha zərər verəcəyi vurğulanıb", - deyə Ş.Ayrım qeyd edib.