Son dəqiqə

Nazirlər Kabineti Əli Əsədov Qırğızıstan

Baş nazir Əli Əsədov Qırğızıstana işgüzar səfərə gəlib

BAKI, TurkicWorld,

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfərə gəlib.

TurkicWorld, xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Bişkek şəhərinin "Manas" Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Bakıt Torobayev, Qırğız Respublikası xarici işlər nazirinin müavini Temirbek Erkinov və digər rəsmi şəxslər qarşıladılar.

Mövzuya görə xəbərlər