Son dəqiqə

ATƏT Ermənistan-Azərbaycan ATƏT Minsk Qrupu Minsk Qrupu Türkiyə XİN Türkiyə XİN açıqlaması Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh sazişi Azərbaycan-Ermənistan sülh prosesi Azərbaycan-Ermənistan sülh sazişi 2025 Azərbaycan-Ermənistan razılaşması

Minsk qrupunun bağlanması sülh yolunda tarixi addımdır - Türkiyə XİN

BAKI, TurkicWorld

Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunu ləğv etmək qərarını məmnunluqla qarşıladıqlarını açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilir ki, 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən qəbul edilən bu qərar regionda sülhün bərqərar olunması baxımından mühüm addımdır, "Minsk Qrupunun bağlanması və ona bağlı qurumların ləğv edilməsi ilə bağlı qərarı məmnunluqla qarşılayırıq. Azərbaycan və Ermənistanın ortaq səyləri nəticəsində mümkün olan bu tarixi qərar, iki ölkə arasında davam edən sülh prosesinin əhəmiyyətli mərhələlərindən birini təşkil edir."

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu 1992-ci ildə yaradılmış və əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik etmək olmuşdu.

Mövzuya görə xəbərlər