Son dəqiqə

Azərbaycan Ermənistan Nikol Paşinyan Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan danışıqları Azərbaycan Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh sazişi 2025 Azərbaycan-Ermənistan razılaşması

Ermənistan Azərbaycanla əldə olunmuş razılaşmalara sadiqdir - Paşinyan

Bakı. TurkicWorld:

Ermənistan ABŞ-də Azərbaycanla əldə olunmuş razılaşmalara sadiqdir və onları qısa müddətdə həyata keçirməkdə qətiyyətlidir.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çində keçirilən ŞƏT sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar nəticəsində təkcə Ermənistanla Azərbaycan arasında dövlət daxilində, ikitərəfli və beynəlxalq səviyyədə kommunikasiya açılmayacaq, eyni zamanda, bütün ŞƏT üzv dövlətləri üçün yeni logistik imkanlar yaradılacaq.

Mövzuya görə xəbərlər