Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Ermənistan Nikol Paşinyan ABŞ ABŞ Dövlət Departamenti Donald Tramp Azərbaycan-Ermənistan sülh sazişi 2025

Azərbaycan və Ermənistanla imzalanmış sənədlər Dövlət Departamentinin saytında dərc edilib

BAKI, TurkicWorld

Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanla imzalanmış sənədləri, eləcə də Prezident Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə görüşünün yekun sənədini Dövlət Departamentinin saytında dərc edib.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında bildirilib.

Məlumata əsasən, sənədlərə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərindəki görüşünün yekunlarına dair Birgə Bəyannamə, Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Anlaşma Memorandumu və Ermənistanla imzalanmış anlaşma memorandumları daxildir.

Azərbaycana aid sənədlərlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür.

https://www.state.gov/wp-content/uploads/2025/08/2025JointDeclaration.AzerbaijanArmenia.pdf

https://www.state.gov/wp-content/uploads/2025/08/2025MOUAzerbaijan.pdf

Mövzuya görə xəbərlər