Son dəqiqə

Azərbaycan Avropa İttifaqı Şarl Mişel Milli Aqroturizm sistemini

Aİ Cənubi Qafqazda sabitlik üçün Azərbaycan və Ermənistanla əməkdaşlığı dərinləşdirməyə sadiqdir

Bakı. TurkicWorld:

Avropa İttifaqı Şurasının (Aİ) prezidenti Şarl Mişel təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün Aİ-nin Azərbaycan və Ermənistanla əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidentinin mətbuat katibi Baren Leytsin bəyanatında deyilir.

"O (Ş.Mişel - red.) hər iki ölkənin sərhəd komissiyalarının mayın 24-də keçirilmiş ilk tarixi iclasını alqışlayıb və delimitasiya davam edəcəyi üçün Ermənistanla Azərbaycan arasında dövlət sərhədi boyunca sabitliyin və təhlükəsizliyin təmin edilməsinin kritik əhəmiyyətini vurğulayıb.

Prezident Ş.Mişel daha geniş mənada vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin davamlı şəkildə normallaşması üçün gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması, eləcə də münaqişənin köklü səbəblərinin həlli də daxil olmaqla, bütün həll edilməmiş məsələlərin həll edilməsi vacibdir", - deyə bəyanatda bildirilir.

Mövzuya görə xəbərlər