Son dəqiqə

Prezident İlham Əliyev Nazirlər Kabineti Əli Əsədov ABŞ Azərbaycan Ermənistan münasibətləri Azərbaycan Ermənistan sülh razılaşması Vaşinqtonun sülh təşəbbüsü İlham Əliyev Vaşinqton görüşü ABŞ Azərbaycan Ermənistan liderlər görüşü Vaşinqton üçtərəfli görüş İlham Əliyev və Paşinyan Vaşinqtonda Azərbaycan-Ermənistan sülh sazişi Azərbaycan-Ermənistan razılaşması

Azərbaycan ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir - Baş nazir

BAKI, TurkicWorld, Zeynəb Babayeva

Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasını qoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir.

TurkicWorld-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib.

Baş nazir qeyd edib ki, Vaşinqton səfəri Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlamətdar oldu:

"Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Anlaşma Memorandumunun imzalanması Azərbaycan-Amerika dövlətlərarası münasibətlərinin inkişafında yeni bir əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açır. Ağ evdə keçirilən görüş zamanı 1992-ci ildə Konqres tərəfindən ölkəmizə qarşı qəbul edilmiş "Azadlığa dəstək aktı"na ədalətsiz 907-ci düzəlişin 33 ildən sonra məhz Azərbaycan dövlət başçısının iştirakı ilə ləğvi Prezident İlham Əliyevin dünya miqyasında son dərəcə yüksək nüfuzunun bariz təsdiqidir.

Prezident İlham Əliyevin sözləri ilə desək "Bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik". Ona görə də Prezident Trampın bu düzəlişi ləğv etməsi rəmzi məna daşıyır və bu jest Azərbaycana qarşı tarixi ədalətsizliyi aradan qaldırmaqla Amerikanın dövlət başçısının Prezident İlham Əliyevə xüsusi münasibətini əks etdirir.

Bununla yanaşı, səfər çərçivəsində SOCAR və "ExxonMobil" arasında əməkdaşlığa dair memorandumun imzalanması "Əsrin müqaviləsi" ilə əsası qoyulan milli neft strategiyası çərçivəsində başlanmış tərəfdaşlığın yeni mərhələdə davamıdır".

Mövzuya görə xəbərlər