Jozep Borrel Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekunlarını alqışlayır

Jozep Borrel Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekunlarını alqışlayır

Bakı. TurkicWorld:

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında keçirilmiş üçtərəfli görüşün yekunlarını alqışlayır.

TurkicWorld-un məlumatına görə, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

"Dayanıqlı sülhə doğru hərəkətin dinamikasını dəstəkləyəcək konkret addımları görməyə ümid edirik. Aİ Cənubi Qafqazda sülhün qurulması üçün səylərdə fəal iştiraka davam edir", - C.Borrel bildirib.

Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü olub.