Son dəqiqə

Azərbaycan Nazirlər Kabineti Əli Əsədov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Qoşulmama Hərəkatı Afrika Somali İslam Əməkdaşlıq Təşkilatı

Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib

BAKI, TurkicWorld

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.

Bu barədə TurkicWorld-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən, Somali ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Görüş zamanı Azərbaycan ilə Somali arasında sərmayə qoyuluşu, kənd təsərrüfatı, dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Mövzuya görə xəbərlər