Azərbaycanın sədrliyi dövründə əlaqələrimizi daha da möhkəmləndirəcəyik - Pakistan Milli Assambleyasının sədri

Azərbaycanın sədrliyi dövründə əlaqələrimizi daha da möhkəmləndirəcəyik - Pakistan Milli Assambleyasının sədri

Bakı. TurkicWorld:

Səmimi qonaqpərvərliyə və bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür edirəm. Azərbaycanda bu konfransda iştirak etməkdən şərəf duyuram.

TurkicWorld-un məlumatına görə, bunu Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfi Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, təşkilat çərçivəsində güclü əməkdaşlığın qurulması üçün möhkəm baza mövcuddur.

"Cəmiyyətlərimiz bir-birinə yaxındır, bir çox oxşar cəhətlərimiz var. Regionumuz eyni taleyi bölüşür. Biz regional problemlərin həllini kənarda axtarırıq. Biz birləşərək regionun ümumi rifahının yeni səhifəsini yaratmağa kömək etməliyik, birlikdə maneələri aradan qaldıracağıq. Ümud edirəm ki, Azərbaycanın sədrliyi dövründə əlaqələrimizi daha da möhkəmləndirəcəyik”, - deyə o bildirib.