Azərbaycan Mikayıl Cabbarov Şimali Makedoniya iqtisadi və ticari əlaqələr

Azərbaycan və Şimali Makedoniya enerji, ticarət və investisiya tərəfdaşlığının perspektivlərini müzakirə edib

BAKI,TurkicWorld

Azərbaycan və Şimali Makedoniya arasında enerji, ticarət və investisiya tərəfdaşlığının perspektivləri müzakirə edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"İşgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Assambleyasının sədri Afrim Qaşi ilə görüşümüzdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial olduğunu qeyd etdik.

Enerji, ticarət və investisiya tərəfdaşlığının perspektivlərini müzakirə etdik", - deyə paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər