BAKI, TurkicWorld
İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının - Ziyəddin və Hüseyn Səfərovun nəşləri yenidən ekspertiziya göndəriləcək.
TurkicWorld xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında onların qardaşları Seyfəddin Hüseynli bildirib.
O, Rusiyadakı ekspertizanın nəticəsinə inanmadıqlarını deyib.
S.Hüseynli qeyd edib ki, qardaşlarının, Rusiya tərəfinin iddia etdiyi kimi, həyəcandan ölmələri inandırıcı deyil.
Qeyd edək ki, iyunun 27-də səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.







