BMT-nin baş katibi Ukraynada səfərdədir

BMT-nin baş katibi Ukraynada səfərdədir

Bakı. TurkicWorld:

BMT-nin baş katibi Antoniu Quterreş Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Moskvadan Kiyevə gedib.

TurkicWorld xəbər verir ki, bu barədə baş katib özünün "Twitter" səhifəsində yazıb.

"Münaqişə zonalarından mülki şəxslərin təxliyəsini təmin etmək üçün humanitar yardımın genişləndirilməsi istiqamətində işimizi davam etdiririk. Müharibə nə qədər tez bitərsə, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır", - deyə A.Quterreş bildirib.