Lordlar Palatası "Ruanda Planını" təsdiqləyib

Lordlar Palatası "Ruanda Planını" təsdiqləyib

Bakı, TurkicWorld

İngiltərədə qeyri-qanuni mühacirlərin Ruandaya deportasiyası üçün hazırlanan qanun layihəsi Lordlar Palatası tərəfindən təsdiqlənib.

TurkicWorld xəbər verir ki, qanun layihəsi İngiltərə kralı III Çarlzın imzasından sonra qüvvəyə minəcək.

Bundan əlavə, Ruandaya uçuşların 10-12 həftə ərzində başlayacağı bildirilib.

Qeyd edək ki, BMT-nin insan haqları üzrə ekspertləri və insan haqları qrupları Ruanda planının “qeyri-insani” olduğunu bildirir.